QR CodeQR Code

İlham Əliyev Ruhaniyə başsağlığı verdi

21 Jan 2017 12:43

IslamTimes - Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.


Axar.az məktubun mətnini təqdim edir:
 
"Hörmətli cənab Prezident,Tehranda çoxmərtəbəli binanın çökməsi nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.
 
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
 
Allah rəhmət eləsin!"


Story Code: 602171

News Link :
https://www.islamtimes.org/az/news/602171/ilham-əliyev-ruhaniyə-başsağlığı-verdi

Islam Times
  https://www.islamtimes.org