0
Saturday 21 January 2017 - 14:32

Nigeriyada Şeyx Zəkzəkinin azad edilməsi üçün nümayişlər davam edir

Story Code : 602200
Nigeriyada Şeyx Zəkzəkinin azad edilməsi üçün nümayişlər davam edir
Nigeriyanın bir çox bölgəsində Şeyx İbrahim Zəkzəki və həyat yoldaşının azadlığa buraxılması üçün mitinqlər keçirilir.

Deyerler.org DailyTrust-a istinadən xəbər verir ki, Nigeriya hökumətinin Federal Ali Məhkəmənin Şeyx İbrahim Zəkzəki və xanımının azad edilməsi barədə verdiyi qərarına riayət etməməsi səbəbilə yanvarın 20-də növbəti mitinqlər keçirilib.

Kano və digər şəhərlərdə nümayişçilər ölkə rəsmilərindən Nigeriya məhkəməsinin qərarına riayət etmələrini və Şeyx Zəkzəkini qeyd-şərtsiz və dərhal azad etmələrini istəyiblər.

Nigeriyanın paytaxtı Abuca şəhərində Şeyx Zəkzəkinin azadlığa buraxılmasını təqib edən komitə də mövzu ilə bağlı bir konfrans keçirərək, hökumətin Şeyx Zəkzəkini azadlığa buraxmamaqla bağlı qərarını qınayıb və beynəlxalq təşkilatlarla insan haqqları qurumlarından bu məsələyə müdaxilə etmələrini istəyib.

Bir müddət əvvəl Nigeriya İnsan Haqlarını Araşdırma Komitəsi və Beynəlxalq Amnistiya Təşkilatı hökuməti Nigeriya Federal Ali Məhkəməsinin qərarına hörmət edərək, Şeyx Zəkzəkini azad etməsini istəmişdi.
Source : Deyerler
Comment