QR CodeQR Code

AMİP-də 2 aprel mitinqinə qoşulacaq

18 Mar 2011 08:53

IslamTimes - Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şuranın iclası keçirilib


AMİP mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şuranın iclası keçirilib. İclasda ölkədəki mövcud durum, kütləvi etiraz aksiyalarına hazırlıq, dünyada və regionda baş verən proseslər, eləcə də, 11 mart gənclərin və 12 mart Müsavat Partiyasının keçirdiyi mitinqlər müzakirə olunub.

Geniş və hərtərəfli müzakirələrdən sonra Siyasi Şura ölkədəki vəziyyəti təhlükəli hədd kimi qiymətləndirib və bu məsuliyyəti iqtidarın daşıdığı bir daha vurğulanıb.

İctimai Palatanın 2 aprelə təyin etdiyi etiraz aksiyası ilə bağlı Siyası Şura AMİP-in iştirakını məqsədəmüvafiq hesab edərək partiyanın strukturlarına hazırlıq işlərinin sürətləndirilməsi tapşırılıb. Qərara alınıb ki, aksiyanın kütləviliyini təmin etmək üçün AMİP Bakı şəhər təşkilatlarının fəalları ilə geniş toplantı keçirilsin və əhali arasında təbliğat işi gücləndirilsin.

Siyasi Şura 11 mart gənclərin və 12 mart Müsavat Partiyasının aksiyalarının hakimiyyət tərəfindən zorakılıqla dağıdılmasını bir daha pisləyərək, bunu vətəndaşların hüquq və azadlıqlarının kobud surətdə tapdanması kimi dəyərləndirib.

Dünyada vüsət alan demokratikləşmə prosesinin Azərbaycandan da yan keçməyəcəyi qənaətinə gələn Siyasi Şura iqtidarın son dövrlər həyata keçirdiyi imitasiya xarakterli tədbirlərə vətəndaşları inanmamağa çağırıb.



Story Code: 60223

News Link :
https://www.islamtimes.org/az/news/60223/amip-də-2-aprel-mitinqinə-qoşulacaq

Islam Times
  https://www.islamtimes.org