0
Friday 18 March 2011 - 09:13

Bəhreynə silahlı qüvvə yeritmək ABŞ-ın çirkin siyasətidir

Story Code : 60228
Bəhreynə silahlı qüvvə yeritmək ABŞ-ın çirkin siyasətidir
Bəhreynə silahlı qüvvə yeritmək ABŞ-ın çirkin siyasətidir
Islam times.org/az/ - İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad, Bahreynə silahlı qüvvə göndərmək siyasətinin çirkin və daha öncə də məğlubiyyətə uğramış bir təcrübə olduğunu və region xalqlarının bu hərəkəti ABŞ-ın növbəti çirkin siyasəti kimi dəyərləndirdiyini bildirdi.

Əhmədinejad, nazirlər kabinetində yığıncağı zamanı verdiyi açıqlamada , ABŞ-ın sionist rejimi xilas etməyə çalışdığını və xalqların qiyamını boğmaq məqsədini güddüyünü , bunun üçün bəzi dövlətləri dəstəklədiyini söylədi.

Əhmədinejad, qətllərin ABŞ-ın anlına sürtülmüş quru bir ləkə olduğunu və bölgə xalqlarının bunu unutmayacaqlarını vurğuladı.

Əhmədinejad, Bəhreyndəki etirazçılara sərt müdaxiləsinin "yersiz və kompensasiyası qeyri-mümkün" olduğunu söylədi.

O həmçinin "Bu gün Bəhreyndəki xalqın əksəriyyətinə tətbiq olunan təzyiqə şahid oluruq. Top və tüfəng istifadə edirlər. Olanlar pis, yersiz və kompensasiyası qeyri-mümkündür" deyərək buna sərt etirazını bildirdi.
Translator :
Source : IslamTimes
Comment