0
Tuesday 24 January 2017 - 23:10

Rusiya, Türkiyə və İran birgə əməliyyat qrupunun yaradılmasına dair razılığa gəliblər

Story Code : 603255
Rusiya, Türkiyə və İran birgə əməliyyat qrupunun yaradılmasına dair razılığa gəliblər
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
“Bu qrupun vəzifəsi atəşkəs rejiminə əməl olunmasına nəzarət və hər-hansı pozuntuya yol verilməməsi kimi məsələləri əhatə edəcək”, - deyə o jurnalistlərə bildirib.
Lavrentyevin sözlərinə görə, “zərurət yarandıqda, əməliyyat qrupunun işinə həm Suriya Silahlı Qüvvələrinin, həm də silahlı müxalifətin nümayəndələri cəlb olunacaqlar”.   
“Düşünürəm ki, bu atəşkəs rejiminin möhkəmləndirilməsinə yardım edəcək”, - deyə Lavrentyev  qeyd edib.
Comment