0
Wednesday 25 January 2017 - 14:57

Avropa İttifaqı Şeyx Zəkzəkinin azadlığa buraxılmasını tələb etdi

Story Code : 603397
Avropa İttifaqı Şeyx Zəkzəkinin azadlığa buraxılmasını tələb etdi
Deyerler.org Deyli Trasta istinadən xəbər verir ki, Avropa İttifaqının Nigeriyadakı nümayəndəliyi Nigeriya İslam Hərəkatının baş katibi Şeyx Zəkzəkinin məhkəmə qərarı olmadan hələ də həbsdə saxlanılması barədə narahatlığını bildirib.

Avropa İttifaqının bəyənatında, Nigeriya hökumətindən Federal Ali Məhkəmənin çıxardığı qərara tabe olaraq, Şeyx Zəkzəkinin dərhal azadlığa buraxılması tələb olunub. Avropa İttifaqı Şeyx Zəkzəkinin fundamental insan hüquqlarının pozulduğunu və bir ildən artıq müddətdə heç bir ittiham irəli sürülmədən həbsdə saxlanılmasının özbaşınalıq olduğunu bildirib.

Qeyd edək ki, Nigeriya hökumətinin məhkəmə tərəfindən Şeyx Zəkzəki və xanımı Zinət İbrahimin azad edilməsi barədə verdiyi qərara riayət etməməsi səbəbilə keçən həftə ölkə boyu başlayan etiraz aksiyaları hələ də davam edir.

Nigeriya məhkəməsi Şeyx Zəkzəki və xanımının 45 günlük həbs müddətindən sonra azad edilməsi barədə qərar vermişdi.

Paytaxt Abucada olan "Şeyx Zəkzəkinin azad edilməsi komitəsi" qanunsuzluq ilə bağlı tədbir keçirərək, hökumətin Şeyx Zəkzəkini azadlığa buraxmamaqla bağlı qərarına etiraz edib. Komitə beynəlxalq təşkilatlar və insan haqları qurumlarından vəziyyətə müdaxilə etməsini istəyib.Deyerler.org Deyli Trasta istinadən xəbər verir ki, Avropa İttifaqının Nigeriyadakı nümayəndəliyi Nigeriya İslam Hərəkatının baş katibi Şeyx Zəkzəkinin məhkəmə qərarı olmadan hələ də həbsdə saxlanılması barədə narahatlığını bildirib.

Avropa İttifaqının bəyənatında, Nigeriya hökumətindən Federal Ali Məhkəmənin çıxardığı qərara tabe olaraq, Şeyx Zəkzəkinin dərhal azadlığa buraxılması tələb olunub. Avropa İttifaqı Şeyx Zəkzəkinin fundamental insan hüquqlarının pozulduğunu və bir ildən artıq müddətdə heç bir ittiham irəli sürülmədən həbsdə saxlanılmasının özbaşınalıq olduğunu bildirib.

Qeyd edək ki, Nigeriya hökumətinin məhkəmə tərəfindən Şeyx Zəkzəki və xanımı Zinət İbrahimin azad edilməsi barədə verdiyi qərara riayət etməməsi səbəbilə keçən həftə ölkə boyu başlayan etiraz aksiyaları hələ də davam edir.

Nigeriya məhkəməsi Şeyx Zəkzəki və xanımının 45 günlük həbs müddətindən sonra azad edilməsi barədə qərar vermişdi.

Paytaxt Abucada olan "Şeyx Zəkzəkinin azad edilməsi komitəsi" qanunsuzluq ilə bağlı tədbir keçirərək, hökumətin Şeyx Zəkzəkini azadlığa buraxmamaqla bağlı qərarına etiraz edib. Komitə beynəlxalq təşkilatlar və insan haqları qurumlarından vəziyyətə müdaxilə etməsini istəyib.
Source : Deyerler
Comment