0
Friday 27 January 2017 - 22:32

İordaniya da Suriya ilə münasibətlərini normallaşdırmağa başladı

Story Code : 604056
İordaniya da Suriya ilə münasibətlərini normallaşdırmağa başladı
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Londonda nəşr olunan Rəy Əl-Yəum qəzetinin amerikalı diplomatik mənbələrə əsaslanaraq verdiyi məlumata əsasən, Suriya hərbi nümayəndələrdən ibarət olan bir heyəti 5 illik bir fasilədən sonra ilk dəfə İordaniyaya gedib.

İordaniya və Suriya zabitlərinin ABŞ və Rusiya zabitlərinin vasitəçiliyilə paytaxt Ammanda görüşdüyü bildirilib. Suriya hərbi nümayəndə heyyətinin İordaniyanın Baş Qərargah Rəhbərliyi tərəfindən qarşılandığı vurğulanıb. Hərbçilərin və təhlükəsizlik mütəxəssislərinin daxil olduğu nümayəndə heyətinə bir suriyalı general-mayorun başçılıq etdiyi qeyd olunub. Görüşdə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub.

Görüşdən sonra əlaqələri davam etdirən Suriya və İordaniya zabitlərinin fəaliyyət planının ilk mərhələsində İordaniyanın şimalında yerləşən qədim Palmira şəhərinin İŞD-in işğalından azad edilməsi olub.

İordaniya və Suriya hərbi rəsmiləri arasında keçən həftə başlayan hərbi əməkdaşlığın İordaniya kralı Abdullahın Rusiyaya etdiyi səfər zamanı da müzakirə olunduğu bildirilib. Rusiyanın prezidenti Vladimir Putin tərəfindən qarşılanan Kral Abdullah, Rusiyanın istər Suriya, istərsə də regionda baş verən böhranlarda oynadığı rolun əhəmiyyətini qeyd edib.

Rusiyadakı mənbələrin bildirdiyinə görə, hər iki lider ikitərəfli əlaqələr, Suriyadakı böhran və terrorla mübarizə başda olmaqla regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Putin görüş zamanı etdiyi açıqlamasında, Astanada keçirilən görüşlərdə suriyalı tərəflərin razılığa gəlməsindən məmnun olduğunu qeyd edib: "Suriyadakı böhranın hərbi həlli yolu yoxdur. Astanadakı danışıqların Cenevrə danışıqları üçün baza olmasını arzu edirəm", - deyə Putin bildirib.
Source : Deyerler
Comment