QR CodeQR Code

BMT: Müharibəyə görə hər 10 dəqiqədə 1 yəmənli uşaq həyatını itirir

Maide , 27 Jan 2017 22:58

Islamtimes - BMT Baş katibinin Humanitar fəaliyyət üzrə müavini Stephen O'Brayn cümə axşamı günü Yəməndə insan faciəsi ilə bağlı xəbərdarlıq edib və bildirib ki, cari ildə bu ölkədə aclıq baş verəcək.


Maide.Az xəbər verir ki, Stephen O'Brayn deyib ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə davamlı hücumları nəticəsində bu ölkədə ərzaq təhlükəsizliyi böhran həddinə çatıb və insani faciə getdikcə artır. “Hər 10 dəqiqədə ən az bir yəmənli uşaq həyatını itirir. Yəməndəki döyüşlər dünya qida təhlükəsizliyi sahəsində fövqəladə hal elan edilməsi üçün ən böyük səbəbdir. Əgər bu ölkədə tez bir zamanda tədbir görülməzsə, 2017-ci il qıtlıq ili olacaq”.

O deyib ki, Yəmən xalqının təqribən 80 faizinin (14 milyon nəfərin) ərzaq yardımlarına ehtiyacı var. “Bu insanların yarısından çoxu artıq aclıqla üz-üzədir. Ən az 2 milyon yəmənlinin yaşaması üçün zəruri ərzaq yardımına ehtiyacı var.”

S. O'Brayn deyib ki, ümumiyyətlə Yəməndə uşaqların durumu çox acınacaqlıdır.


Story Code: 604063

News Link :
https://www.islamtimes.org/az/news/604063/bmt-müharibəyə-görə-hər-10-dəqiqədə-1-yəmənli-uşaq-həyatını-itirir

Islam Times
  https://www.islamtimes.org