QR CodeQR Code

Misirdәn İsrail rejiminə xəbərdarlıq: “Bundan artıq söz danışmayacağam”

Deyerler , 28 Jan 2017 22:57

Islamtimes - Misirin prezidenti Əbdul-Fəttah Əs-Sisi ABŞ-ın Tel Əviv səfirliyinin Qüdsə köçməsinin Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirəcəyi barədə xəbərdarlıq edib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Sisi Misir dövlət televiziyasında yayımlanan çıxışında, ABŞ səfirliyinin Qüdsə köçürülməsi müzakirələrinə ilk dəfə reaksiya verib: "Bizlər bu vəziyyəti uzun müddətdir ki, müşahidə edirik və Yaxın Şərqdə sülhün çıxılmaz vəziyyətə salınmasını istəmirik. Fələstinlilərə sülhün verilməsi regionda bir dönüş nöqtəsidir".

ABŞ və sionist İsrail rejimi rəsmilərinə televiziyadan müraciət edən Sisi belə danışıb: "Səfirlik məsələsində bundan artıq söz danışmayacağam, amma biz növbəti mərhələdə işlərin çıxılmaz vəziyyətə düşməməsi üçün səy edir və buna nail olmağa ümid edirik".


Story Code: 604429

News Link :
https://www.islamtimes.org/az/news/604429/misirdәn-israil-rejiminə-xəbərdarlıq-bundan-artıq-söz-danışmayacağam

Islam Times
  https://www.islamtimes.org