Yəməndə ölənlərin sayı 52-yə yüksəldi
19 Mar 2011 18:24
IslamTimes - Yəmənin paytaxtı Sanada hökumət əleyhdarlarına dünən təhlükəsizlik gücləri tərəfindən açılan atəş nəticəsində ölənlərin sayının 52-yə yüksəldiyi bildirildi
İslam-Azeri.az İnternet qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə səhiyyə qaynaqları bildiriblər. Yaralıların sayı isə 126-dır.
Hazırda bölgəyə əlavə polis güclərinin gətirildiyi qeyd edilir.
Story Code: 60483