QR CodeQR Code

Qəddafi Liviya əhalisini silahlandırmağa başlayıb

20 Mar 2011 06:10

IslamTimes - Liviya dövlət başçısı diktator Müəmmar Qəddafi bəyan edib ki, “xarici təcavüzə qarşı əhalini silahlandırmağa başlayıb”


APA-nın RİA Novosti agentliyə istinadən verdiyi məlumata görə, Qəddafi televiziya müraciətində deyib ki, "Biz silah anbarlarını açırıq ki, əhali Liviyanın müstəqilliyini müdafiə etmək üçün bütün növ silahlarla silahlansın".
Bir qədər əvvəl Fransa hərbi hava qüvvələri Liviyada dörd tankını məhv etmişdir. Ardınca ABŞ hərbi gəmilərindən buraxılan “Tomoqafk” raketləri ilə Qəddafi qüvvələrinə məxsus 20-ə yaxın hərbi obyekt zərbə endirilib. 
Xatırladaq ki, martın 17-də BMT-nin Təhlükəsizlik Şurası Liviya üzərindən uçuşları qadağan edən və ölkə ərazisinə hərbi müdaxilə nəzərdə tutan 1973 nömrəli qətnamə qəbul edib.


Story Code: 60522

News Link :
https://www.islamtimes.org/az/news/60522/qəddafi-liviya-əhalisini-silahlandırmağa-başlayıb

Islam Times
  https://www.islamtimes.org