0
Sunday 20 March 2011 - 06:10

Qəddafi Liviya əhalisini silahlandırmağa başlayıb

Story Code : 60522
Qəddafi Liviya əhalisini silahlandırmağa başlayıb
Qəddafi Liviya əhalisini silahlandırmağa başlayıb
APA-nın RİA Novosti agentliyə istinadən verdiyi məlumata görə, Qəddafi televiziya müraciətində deyib ki, "Biz silah anbarlarını açırıq ki, əhali Liviyanın müstəqilliyini müdafiə etmək üçün bütün növ silahlarla silahlansın".
Bir qədər əvvəl Fransa hərbi hava qüvvələri Liviyada dörd tankını məhv etmişdir. Ardınca ABŞ hərbi gəmilərindən buraxılan “Tomoqafk” raketləri ilə Qəddafi qüvvələrinə məxsus 20-ə yaxın hərbi obyekt zərbə endirilib. 
Xatırladaq ki, martın 17-də BMT-nin Təhlükəsizlik Şurası Liviya üzərindən uçuşları qadağan edən və ölkə ərazisinə hərbi müdaxilə nəzərdə tutan 1973 nömrəli qətnamə qəbul edib.

Comment