QR CodeQR Code

Fransa Liviyanı bombaladı (son xəbər)

IslamTimes , 20 Mar 2011 10:00

Reporter :

Islamtimes - Fransa təyyarəyələri ilə birlikdə bir neçə ölkənin, o cümlədən Kanadanın da təyyarələri hücumda iştirak edir .


islamtimes.org/az/ - Beynəlxalq güclərin müzakirələrinin nəticəsi olaraq bu gün (19mart) hərbi müdaxilə edilməsi qərara alınıb.

Günün sonlarında Liviya ərazisində Qəddafiyə aid hərbi qüvvələri izləyən təyyarələr onlara atəş açmağa başlayıb. Qəddafiyə məxsus olan hərbi karvanın hücum nəticəsində məhv edildiyi bildirilir. Bu barədə “Qafqaz” məlumat verib.

Məlumatlara görə, Fransa təyyarəyələri ilə birlikdə bir neçə ölkənin, o cümlədən Kanadanın da təyyarələri hücumda iştirak edir. Bu gecə bombalamanın davam edəcəyi qeyd olunur.

Fransa Müdafiə nazirliyi səlahiyyətlilərinin verdiyi məlumata görə, Fransız təyyarələri bu gün axşam saatlarında bombardımana başlayıb. Əməliyyatın Bingazinin 100-150 km ətrafını əhatə etdiyi ifadə edilir. Fransa, Bingazidə 4 tankı vurub.

Fransanın Charles Də Gaulle kosmik gəminin də Libyaya doğru sabah yola çıxacağı bildirilir.


Story Code: 60535

News Link :
https://www.islamtimes.org/az/news/60535/fransa-liviyanı-bombaladı-son-xəbər

Islam Times
  https://www.islamtimes.org