APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Liviya dövlət televiziyası yayıb. Telekanal bildirib ki, “düşmən-xaçpərəstlər şəhərin bir necə rayonlarına zərbələr endiriblər ”. Xatırladaq ki, bir qədər əvvəl Liviya ordusu yenidən müxalifətin əsas qüvvələri yerləşdiyi Benqazi şəhərini artilleriya atəşinə tutmuşdur.