0
Thursday 2 February 2017 - 00:23

İraq parlamenti Amerika vertolyotlarının İŞİD-ə ərzaq , silah və sursat çatdırması məsələsini araşdıracaq

Story Code : 605704
İraq parlamenti Amerika vertolyotlarının İŞİD-ə ərzaq , silah və sursat çatdırması məsələsini araşdıracaq
Maide.Az xəbər verir ki, H.Salem deyib ki, Amerika vertolyotları ilk dəfə deyil ki, İŞİD terror qruplaşmasının nəzarəti altındakı bölgəyə eniş edir. “Sonuncu dəfə Amerikanın “Chinook” tipli vertolyotu Əl-Salam kəndinin yaxınlığında eniş edib və bu birinci dəfə deyil. Bu vertolyotlar terror qruplaşması üzvləri üçün ərzaq, silah və sursat aparır. Həmçinin İŞİD terror qruplaşmasının bəzi komandirlərini bir bölgədən digər bölgəyə daşıyır”.

H.Salem deyib ki, parlamentdə dəfələrlə bu məsələni Silahlı Qüvvələr komandirləri ilə müzakirə etmişik, lakin hər dəfə hökumət qarşı çıxırdı və belə halların olmasını inkar edirdi. “İraqın Hizbullah silahlı bölmələri Amerika koalisiyasının vertolyotlarınının terrorçularla əməkdaşlığı və İraq hakimiyyətinin pozmasına dair sənədlər toplayıb və onu filmə çəkib sübut edib. Biz bu məsələnin qarşısında sakit oturmayacağıq. Parlamentdə bu məsələni qaldıracayıq ki, şəhidlərin qanı yerdə qalmasın”.

Qeyd edək ki, ötən gün İraq parlamentinin Bədr fraksiyasından olan nümayəndəsi Səttar Əl-Qanem bildirmişdi ki, Amerikanın "Chinook" tipli vertolyotu şənbə günü saat 10:15-də Salahaddin bölgəsinin yaxınlığında İŞİD-in nəzarəti altında olan Əl-Cəzirə bölgəsində eniş etmişdir.
Source : Maide
Comment