QR CodeQR Code

Nigeriya Federal Ali Məhkəməsi: Şeyx Zəkzaki tez bir zamanda azad olunmazsa....

Maide , 2 Feb 2017 00:26

İslamtimes - Nigeriya Federal Ali Məhkəməsi ölkənin Təhlükəsizlik Nazirliyi və Polis Təşkilatına məhkəmənin hökmünü icra etmədikləri üçün xəbərdarlıq edib və tez bir zamanda Şeyx Zəkzaki və onun həyat yoldaşını azadlığa buraxılmasını tələb edib.


Maide.Az xəbər verir ki, Nigeriya Federal Ali Məhkəməsi bəyanat yayaraq Nigeriya Təhlükəsizlik Nazirliyi, Polis müfəttişi İbrahim İdris, Federasiyanın Baş prokuror Əbu Bəkr Malamidən istəyib ki, Ali Məhkəmənin Şeyx Zəkzaki və onun həyat yoldaşının sərbəst buraxılmasına dair 2016-cı il dekabr ayının 2-də çıxardığı qərarı icra etsin və onu azad etsin. Məhkəmənin qərarına hörmətlə yanaşsınlar. “Diqqət edin ki, nə qədər ki, siz Federal Ali Məhkəmənin 2016-cı il dekabr ayının 2-də FHC/ABJ/CS 281/2016 saylı və FHC/ABJ /CS 282/2016 saylı ərizə sahiblərinin 40 gün müddətində azadlığını təmin etməmisiniz. Sizin bu addım məhkəməyə hörmətsizlik hesab olunur və bu səbəbdən sizin təşkilat rəhbərləri həbs edilməlidir. Məhkəməyə çatan məlumata görə, 20 yanvar 2017-ci ildə (40 gün müddəti başa çatsa da) siz bu şəxsləri azad etməmisiniz. Şeyx Zəkzaki və Malama Zinət İbrhaimi sərbəst buraxmamısınız. Beləliklə sizə əmr olunur ki, tez bir zamanda məhkəmənin qərarını icra edəsiniz və etməzsəniz əgər, məhkəməyə hörmətsizlik etdiyinizə görə məhkum olunacaqsınız”. /


Story Code: 605706

News Link :
https://www.islamtimes.org/az/news/605706/nigeriya-federal-ali-məhkəməsi-şeyx-zəkzaki-tez-bir-zamanda-azad-olunmazsa

Islam Times
  https://www.islamtimes.org