QR CodeQR Code

Yunanıstan qiyamçı hərbçiləri Türkiyəyə verməkdən imtina etdi

4 Feb 2017 23:10

IslamTimes - Yunanıstan məhkəməsi Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra bu ölkəyə qaçmış 3 hərbçinin aqibəti ilə bağlı qərar verib.


“Hürriyet”in verdiyi xəbərə görə, məhkəmə bu hərbçilərin Türkiyəyə ekstradisiya edilməməsi barədə qərar qəbul edib. Digər 5 nəfərlə bağlı qərar daha sonra veriləcək. Türkiyənin müdafiə naziri Fikri İşık məsələyə münasibət bildirib. O, Yunanıstanı bu məsələdə müttəfiqlik mövqeyindən çıxış etməməkdə qınayıb. Xatırladaq ki, hərbi çevriliş cəhdindən sonra 8 hərbçi “Sikorsky” helikopteri ilə Yunanıstana qaçıb. /APA/


Story Code: 606582

News Link :
https://www.islamtimes.org/az/news/606582/yunanıstan-qiyamçı-hərbçiləri-türkiyəyə-verməkdən-imtina-etdi

Islam Times
  https://www.islamtimes.org