0
Saturday 4 February 2017 - 23:16

Putin Trampla telefon danışığının detallarını açıqladı

Story Code : 606583
Putin Trampla telefon danışığının detallarını açıqladı
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon söhbəti barədə danışarkən deyib. Putin qeyd edib ki, ABŞ-Rusiya münasibətləri Moskvanın günahı ucbatından korlanmayıb. “Tezliklə Ağ Evə yeni prezident gələcək. İnanmaq istərdik ki, münasibətlərimizi düzəltmək şansı yaranacaq. Bu münasibətlər təkcə iki ölkə xalqı üçün deyil, həm də beynəlxalq sabitlik və təhlükəsizliyin təminatı baxımından önəmlidir”, - deyə o vurğulayıb. Rusiya prezidenti həmçinin terrorçuluqla mübarizə üzrə vahid, geniş cəbhənin yaradılmasının vacibliyini önə çəkib: "Təəssüf ki, hələlik belə cəbhə yaradılmayıb. Lakin onun alternativi yoxdur”. Putin bildirib ki, Yaxın Şərqdə münaqişənin nizamlanması yalnız bütün nüfuzlu beynəlxalq oyunçuların effektiv tərəfdaşlığı halında mümkün ola bilər.
Comment