QR CodeQR Code

Marin Le Pen Fransanın NATO-dan çıxmasının tərəfdarıdır

4 Feb 2017 23:44

IslamTimes - Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Pen ölkəsinin NATO-nun tərkibindən çıxmasının zəruri olduğunu hesab edir. Bu barədə o öz seçkiqabağı proqramında deyib.


Le Penin 144 vədi arasında Fransanın Avropa İttifaqından çıxmasına dair referendum, miqrant qəbuluna kvota qoyulması, təqaüd yaşının azaldılması, sosial ödənişlərin artırılması və gəlir vergisinin azaldılması da var. “Bu proqramın məqsədi, hər şeydən əvvəl, Fransanın azadlığını özünə qaytarmaq və insanlara səs hüququ verməkdir”, - deyə o bildirib. Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də keçirilməlidir.


Story Code: 606590

News Link :
https://www.islamtimes.org/az/news/606590/marin-le-pen-fransanın-nato-dan-çıxmasının-tərəfdarıdır

Islam Times
  https://www.islamtimes.org