QR CodeQR Code

Ağ Evin qarşısında aksiya

21 Mar 2011 00:40

IslamTimes - ABŞ-ın böyük şəhərlərində anti-müharibə nümayişləri keçirilib


“IslamTimes” Rusiya mətbuatına istinadən xəbər verir ki, Vaşinqtonda Ağ Evin qarşısında polis yüzlərlə fəalı həbs edib.

ABŞ-ın İraqa təcavüzünün 8-ci ildönümü münasibəti ilə toplanmış nümayişçilər “Müharibəyə yox”, Müharibəni saxla”, “Yalanları açın” kimi şüarlar səsləndirib.
Nümayişçilər hətta Obamanın həbs edilməsini tələb ediblər.

Nümayişçilərin bir hissəsi birbaşa Ağ Evə üz tutub. 113 nümayişçi həbs edilib. Tutulanlar cərimə ödəməlidir. Həbsə alınanlar arasında məşhur anti-müharibə fəalı Deniel Allsberq də var. O Wikileaks-in təsisçisi Culian Assanjı müdafiə edir. Eyni xarakterli aksiyalar San-Fransisko, Nyu-York və Çikaqoda da keçirilib.


Story Code: 60689

News Link :
https://www.islamtimes.org/az/news/60689/ağ-evin-qarşısında-aksiya

Islam Times
  https://www.islamtimes.org