QR CodeQR Code

İsrail cinayətlərini davam etdirir

21 Mar 2011 10:08

IslamTimes - İki fələstinli Qəzzanın sərhəd məntəqəsində qətlə yetirildi


"IslamTimes" İsrail kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, işğalçı İsrail rejimi Qəzza sərhədində iki fələstinliyə atəş açaraq onları qətlə yetirib. Qətlə yetirilən bu iki nəfərin günahsız yerli əhalidən olduğu bildirilir. İşğalçı rejim isə həmişəki kimi bu dəfə də Fələstin xalqını qətlə yetirməyə dəlili olduğunu açıqlayıb. Onlar bu iki nəfərin İsrail ordusuna hücum etmək niyyətində olduğunu bəhanə ediblər. Amma yerli əhali bu sayaq qətlə yetirilən şəxslərin həmin məntəqələrdə əkinçilik və ya maldarlıqla məşğul olan insanlar olduğunu bildirirlər.


Story Code: 60699

News Link :
https://www.islamtimes.org/az/news/60699/israil-cinayətlərini-davam-etdirir

Islam Times
  https://www.islamtimes.org