QR CodeQR Code

Nigeriya İslam Hərəkatı: "Şeyx Zəkzəkiyə azadlıq tələbilə keçiriləcək nümayişlər dinc şəraitdə davam etdiriləcək"

Deyerler , 7 Feb 2017 16:16

Islamtimes - Nigeriya İslam Hərəkatı (IMN) tərəfindən keçiriləcək bütün etiraz aksiyaları dinc şəraitdə davam etdiriləcək və nümayişlərdə heç bir zorakılıq aktlarına yol verilmәyәcәk.


Deyerler.org Deyli Trasta istinadən xəbər verir ki, bu barədə Nigeriya İslam Hərəkatının mətbuat katibi İbrahim Musa açıqlamasında qeyd edib. O, deyib ki, Şeyx Zəkzəkinin azadlığa buraxılması tələbilə Nigeriya İslam Hərəkatının zorakılıq aktlarına əl atacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. İbrahim Musa bu cür xəbərlərin Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən yayıldığını və bunun ictimaiyyəti qızışdırmaq istiqamətində atılan bir addım olduğunu bildirib.

"Nigeriya İslam Hərəkatı (İMN) hər hansı bir zorakılığı əks etdirən etiraz aksiyaları keçirməyi planlaşdırmır ", - deyə o bildirib.

İMN-nin mətbuat katibi Şeyx Zəkzəki, həyat yoldaşı və digər məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılması üçün dinx nümayişlərin fasiləsiz davam edəcəyini bildirib: "Nümayişlər məqsədimizə çatana qədər dinc şəraitdə davam edəcək, bu məsələdə ictimaiyyət əmin olsun".


Story Code: 607323

News Link :
https://www.islamtimes.org/az/news/607323/nigeriya-islam-hərəkatı-şeyx-zəkzəkiyə-azadlıq-tələbilə-keçiriləcək-nümayişlər-dinc-şəraitdə-davam-etdiriləcək

Islam Times
  https://www.islamtimes.org