QR CodeQR Code

Heydər Əl-Əbadi: "Bağdadi tək qaldı"

Deyerler , 7 Feb 2017 16:18

Islamtimes - İraqın baş naziri Heydər Əl-Əbadi İŞİD terror təşkilatının İraqda hərbi baxımdan məğlubiyyətə düçar olduğunu bildirib.


Deyerler.org xəbər verir ki, Heydər Əl-Əbadi France Press-ə verdiyi xüsusi müsahibəsində Mosulun qərbinin azad edilməsi məqsədiylə keçirilən əməliyyatların sürətli bir şəkildə başladığını vurğulayıb.

Əl-Əbadi, eyni zamanda İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr Əl-Bağdadinin hərbi hücumlar vaxtı bir çox müşavirinin öldürülməsindən sonra, təcrid olunduğunu açıqlayıb. İraqın baş naziri Əl-Bağdadinin harada olması haqqında isə məlumat verməyib.

Heydər Əl-Əbadi müsahibəsində ABŞ-ın 7 müsəlman ölkəsinin ölkəyə girişini qadağan edən son qərarına toxunaraq belə danışıb: "Heç bir ölkənin digər ölkə vətəndaşlarını alçaltmağa haqqı yoxdur".

İraqın baş naziri açıqlamasını daha sonra belə davam edib: "İran ilə yaxşı münasibətlərimiz var, amma Amerikadan terrorizmlə mübarizə məsələsində yardım istəməyimizin İrana qarşı olmadığımız kimi, İran ilə olan yaxşı münasibətlərimiz də Amerikaya qarşı olmadığımızı göstərir".

Əl-Əbadi İran və Amerika arasında baş verən yeni gərginliklər barədə isə belə danışıb: "Regionumuzda baş verən bütün gərginliklər bizi narahat edir. Çünki gərginliklər diqqətləri İŞİD terror təşkilatı ilə mübarizədən başa məsələlərə yönəldə bilir".


Story Code: 607328

News Link :
https://www.islamtimes.org/az/news/607328/heydər-əl-əbadi-bağdadi-tək-qaldı

Islam Times
  https://www.islamtimes.org