QR CodeQR Code

Yəməndə hökumət istefaya göndərildi

Deyerler , 21 Mar 2011 13:06

IslamTimes - Yəməndə həftələrdir müxalifətin nümayişləri davam edir


Xüsusilə son 3 gündə ölkədə vəziyyət daha da gərginləşib. Mart ayının 18-də keçirilən nümayişlər zamanı nümayişçilərin qətliam edilməsindən sonra hətta ölkənin bəzi nazirləri hökumətə etiraz olaraq istefalar veriblər. Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu gün Yəmən prezidenti çıxılmaz vəziyyətdə qalaraq, hökuməti istefaya göndərib. Vəziyyət o həddə çatıb ki, hətta prezidentin tərəfdarları da ona istefa verməyi tövsiyyə edirlər.
Qeyd edək ki, Yəməndə mart ayının 18-də keçirilən nümayişlər zamanı nümayişçilərə atəş açılması nəticəsində 52 nəfər həlak olub, 126 nəfər yaralanıb. Ümumilikdə Yəməndə nümayişçilərə atəş açılaması nəticəsində 100-dən çox insan həlak olub.


Story Code: 60781

News Link :
https://www.islamtimes.org/az/news/60781/yəməndə-hökumət-istefaya-göndərildi

Islam Times
  https://www.islamtimes.org