0
Monday 21 March 2011 - 13:06

Yəməndə hökumət istefaya göndərildi

Story Code : 60781
Yəməndə hökumət istefaya göndərildi
Yəməndə hökumət istefaya göndərildi
Xüsusilə son 3 gündə ölkədə vəziyyət daha da gərginləşib. Mart ayının 18-də keçirilən nümayişlər zamanı nümayişçilərin qətliam edilməsindən sonra hətta ölkənin bəzi nazirləri hökumətə etiraz olaraq istefalar veriblər. Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu gün Yəmən prezidenti çıxılmaz vəziyyətdə qalaraq, hökuməti istefaya göndərib. Vəziyyət o həddə çatıb ki, hətta prezidentin tərəfdarları da ona istefa verməyi tövsiyyə edirlər.
Qeyd edək ki, Yəməndə mart ayının 18-də keçirilən nümayişlər zamanı nümayişçilərə atəş açılması nəticəsində 52 nəfər həlak olub, 126 nəfər yaralanıb. Ümumilikdə Yəməndə nümayişçilərə atəş açılaması nəticəsində 100-dən çox insan həlak olub.
Source : Deyerler
Comment