0
Monday 21 March 2011 - 13:14

Qəzzafi yeni atəşkəs elan etdi

Story Code : 60783
Qəzzafi yeni atəşkəs elan etdi
Qəzzafi yeni atəşkəs elan etdi
Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, Liviya lideri Müəmmar Qəzzafi ona sadiq qalan bütün qoşunlara təcili atəşkəsi əmr edib. Liviya ordusunun komandanlığı bildirib ki, dünən axşam saat 21.00-dan etibarən atəşkəs rejiminə başlayıblar.

Ölkə müxalifətinin mərkəzinə çevrilmiş Benqazi şəhərində nisbi sakitlikdir.

Liviya hökumətinin rəsmisi Əhməd əl Şərif dövlət televiziyası ilə çıxışında vətəndaşları paytaxt Tripolidən Benqaziyə dinc yürüşə çağırıb.

Qəzzafinin bəyan etdiyi atəşkəs isə beynəlxalq koalisiyasının əməliyyatlarını dayandırmayıb. Dünən axşam İtaliyanın Siciliya adasındakı Trapani aviabazasından havaya qalxan iki "Tornado" döyüş təyyarəsi Liviyaya yollanıb.
Comment