0
Monday 21 March 2011 - 15:24

Qəddafi dünya ilə müharibəyə başladı

Story Code : 60800
Qəddafi dünya ilə müharibəyə başladı
Qəddafi dünya ilə müharibəyə başladı
Islam times.org/az/ - Əl- Cəzirə telekanalının verdiyi məlumata görə beynəlxalq kualisiya qüvvələrinin Liviyaya hərbi müdaxiləsindən dərhal sonra Müəmmər Qəddafi Liviya vətəndaşlarına silahlanma göstərişi verib.

Telekanalın verdiyi məlumata görə indiyə qədər ABŞ və İngiltərə ordusu Liviyaya 112 raket buraxıb.

Qeyd edək ki, Qəddafiyə qarşı beş ölkə hərbi əməliyyata start verib. Bunlar ABŞ, Fransa, İtaliya, İngiltərə və Kanadadır. Adını çəkdiyimiz ölkələrin hərbi qüvvələri raket və iri çaplı silahlarla Liviyanın Tripoli, Misrata və Binqazidəki Qəddafinin hava hücumlarından müdafiə sistemlərini vururlar.

Müttəfiqlər Qəddafinin xalqa təslim olana qədər əməliyyatları davam etdirəcəklərini bildiriblər.

Xatırladaq ki, martın 19-dan Avropa ölkələrinin bir neçəsi Qəddafi rejiminə qarşı hərbi əməliyyatlara başlasalar da bir neçə ərəb ölkələri də bu əməliyyatlara dəstək verirlər.

Lakin dünyanın güc dövlətlərindən biri sayılan Rusiya Qərbin regionda belə bir hərbi əməliyyata başlamasından məyus olduğunu bildirib.
Translator :
Source : IslamTimes
Comment