QR CodeQR Code

Qəddafinin yan-yörəsi vurulur

IslamTimes , 22 Mar 2011 13:49

Reporter :

İslamtimes - Müəmmar Qəddafi koalisiyanın hərbi əməliyyatlarının hədəfi deyil.


islamtimes.org/az/ - Liviyanın paytaxtı Tripolidə beynəlxalq koalisiya qüvvələrinin hərbi hava qüvvələrinin zərbələri nəticəsində Müəmmar Qəddafinin qərargahı ərazisindəki inzibati bina dağıdılıb. Bu haqda “Qafqazinfo” məlumat verir .

Həmin inzibati binanın Liviya liderinin qüvvələrinin komandanlıq mərkəzi kimi fəaliyyət göstərdiyi, ondan 50 metr aralıdakı qərargahda isə Müəmmar Qəddafinin adətən qonaqları qəbul etdiyi bildirilir.

Üç mərtəbəli inzibati binanın yerləşdiyi ərazisini toz bürüyüb. Binanın ön tərəfi tamamilə dağılıb. Xəsarət alanların olmadığı bildirilir. Aviazərbələrdən bir qədər sonra əraziyə Müəmmar Qəddafinin tərəfdarları toplaşıb.

Liviya liderinin yeri isə məlum deyil. ABŞ silahlı qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin nümayəndəsi Bill Qortni isə bildirib ki, Müəmmar Qəddafi koalisiyanın hərbi əməliyyatlarının hədəfi deyil. Beynəlxalq koalisiya qüvvələri gecə boyu paytaxt Tripoli və digər iri şəhərlərdə digər obyektləri də hədəfə alıb. Tripolidə partlayış səsləri eşidilib.


Story Code: 60934

News Link :
https://www.islamtimes.org/az/news/60934/qəddafinin-yan-yörəsi-vurulur

Islam Times
  https://www.islamtimes.org