0
Tuesday 22 March 2011 - 15:31

Fələstinli körpə və qadınlar İsrail ordusunun hədəfində

Story Code : 60938
Fələstinli körpə və qadınlar İsrail ordusunun hədəfində
Fələstinli körpə və qadınlar İsrail ordusunun hədəfində
“IslamTimes” “PressTV”-yə istinadən xəbər verir ki, ötən gün İsrail rejiminə məxsus qırıcılar Qəzza ərazisini raketlərlə hədəfə alıb. Hücum zamanı bir bina tamamilə yararsız vəziyyətə düşüb, 17 nəfər yaralanıb. Yaralananların 7-si azyaşlı, ikisi isə qadındır. 

Şahidlərin dediyinə əsasən, İsrailin hücumları Qəzza məntəqəsində yerləşən avtomobil sexini aradan götürmək məqsədilə baş tutub. 

İşğalçı İsrail rejiminin qırıcıları Qəzzaya bir halda hücumlar təşkil edir ki, rejim başçıları son zamanlar HƏMAS-ı terrorla hədələyibdir. 

Dani Ayalon da daxil olmaqla bəzi Tel-Əviv rəsmiləri iddia edirlər ki, HƏMAS təşkilatı üzvləri İşğalçı rejim ərazisini raketlərlə hədəfə alıb. Onlar bu sayaq hücumların dayandırılmayacağı təqdirdə Fələstində terror əməliyyatları həyata keçirəcəyini bildiriblər.
Comment