QR CodeQR Code

Fələstinli körpə və qadınlar İsrail ordusunun hədəfində

22 Mar 2011 15:31

IslamTimes - İsrail rejiminə məxsus qırıcı təyyarələr Qəzza ərazisinə hücum edib


“IslamTimes” “PressTV”-yə istinadən xəbər verir ki, ötən gün İsrail rejiminə məxsus qırıcılar Qəzza ərazisini raketlərlə hədəfə alıb. Hücum zamanı bir bina tamamilə yararsız vəziyyətə düşüb, 17 nəfər yaralanıb. Yaralananların 7-si azyaşlı, ikisi isə qadındır. 

Şahidlərin dediyinə əsasən, İsrailin hücumları Qəzza məntəqəsində yerləşən avtomobil sexini aradan götürmək məqsədilə baş tutub. 

İşğalçı İsrail rejiminin qırıcıları Qəzzaya bir halda hücumlar təşkil edir ki, rejim başçıları son zamanlar HƏMAS-ı terrorla hədələyibdir. 

Dani Ayalon da daxil olmaqla bəzi Tel-Əviv rəsmiləri iddia edirlər ki, HƏMAS təşkilatı üzvləri İşğalçı rejim ərazisini raketlərlə hədəfə alıb. Onlar bu sayaq hücumların dayandırılmayacağı təqdirdə Fələstində terror əməliyyatları həyata keçirəcəyini bildiriblər.


Story Code: 60938

News Link :
https://www.islamtimes.org/az/news/60938/fələstinli-körpə-və-qadınlar-israil-ordusunun-hədəfində

Islam Times
  https://www.islamtimes.org