0
Tuesday 22 March 2011 - 16:21

Qəddafi Liviyanın cənubuna qaçdı

Story Code : 60940
Qəddafi Liviyanın cənubuna qaçdı
Qəddafi Liviyanın cənubuna qaçdı
“IslamTimes” “FarsNews”-a istinadən xəbər verir ki, Qəddafinin oğlu Əs-Saidi yaralanıb, Qəddafi özü isə Liviyanın cənubuna qaçıb. 

Bundan öncə də Qəzzafinin digər oğlu Xamisin yaralanaraq hospitala yerləşdirilməsi və onun hospitaldaca vəfat etməsi barədə məlumat yayılmışdı. 

Liviya müxalifətinin verdiyi məlumata əsasən, Bab-əl-Əziziyyə məntəqəsinin bombalanması nəticəsində Qəddafinin iki oğlu Xəmis və Əs-Saidi ağır yaralanmışdı. Elə bu hadisə Qəddafinin Liviyanın cənubuna qaçmasına səbəb olub. 

Müxalif qüvvələr bildiriblər ki, Qəzzafiyə bağlı qüvvələr hələ də onlarla mübarizə aparır və günahsız xalqı qətlə yetirirlər. Amma bütün bunlara baxmayaraq inqilabçılar xarici dövlətlərin Liviya ərazisinə daxil olmasına müxalifdirlər və hər hansı bir hərbi müdaxilənin qəbul edilməz olduğunu bildirirlər.
Comment