QR CodeQR Code

ABŞ hərbiçilərinin tükürpədici vəhşiliyi - F O T O L A R

23 Mar 2011 08:54

IslamTimes - ABŞ hərbiçilərinin İraqdakı "Əbu Qureyb" həbsxanasında çəkdikləri işgəncə görüntüləri hələ yaddaşlardan silinməmiş bənzər fotolar Əfqanıstandan gəldi


"IslamTimes"-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə əsasən, ABŞ hərbiçilərinin İraqdakı "Əbu Qureyb" həbsxanasında işgəncə edilən iraqlılarla çəkdikləri fotolar bütün dünyaya səs salmışdı.
 
Bu fotolar yayımlandıqdan sonra ABŞ-ın əsil siması hamıya bəlli olmuşdu. 

Uyğun görüntülər hələ yaddaşlardan silinməmiş indi də Əfqanıstanda çəkilmiş tükürpədici fotolar mətbuatda yayımlanıb.



Fotoları mətbuata çıxarmış Alman jurnalı "Deyər Spiegel" bunlara bənzər daha 4 min fotonun da mövcud olduğunu bildirib. 



Nəşr olunan fotoşəkillərdən biri 15 Yanvar 2010 tarixində Əfqanıstanın Qəndəhar bölgəsində çəkilib. Bir qrup ABŞ hərbiçisi Əfqanıstanda öldürdükləri iddia edilən azyaşlı bir kəndlinin başından tutaraq şəkil çəkdirir.


Story Code: 60997

News Link :
https://www.islamtimes.org/az/news/60997/abş-hərbiçilərinin-tükürpədici-vəhşiliyi-f-o-t-l-a-r

Islam Times
  https://www.islamtimes.org