QR CodeQR Code

Timsahın göz yaşları

23 Mar 2011 10:56

IslamTimes - Uzun illər Fələstinin qoca, qadın və azyaşlı sakinlərini qətliam edən işağlçı sionist rejimi indi təəssüf hiss keçirir


"IslamTimes" "TimeTurk"-ə istinadən xəbər verir ki, İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu ötən gün İsrail rejiminin açdığı atəş nəticəsində həlak olan mülki vətəndaşlara görə təəssüfləndiyini bildirib.

Uzun illər Fələstinin qoca, qadın və azyaşlı sakinlərini qətliam edən işağlçı sionist rejimi son günlər fərqli hiylələrə əl atır. Belə ki, sionist rejimin baş naziri ötən gün tank vasitəsi ilə hədəfə alınan evdə həlak olmuş 5 nəfərə görə təəssüfləndiyini bildirib.

Nəzərinizə çatdıraq ki, bu evdə həlak ailə üzvləri arasında 9 və 16 yaşlı iki qardaş da olub.

Netanyahu deyib: "Biz HƏMAS-la mübarizə aparırıq, onlar bizə atəş açır. HƏMAS xalqdan qalxan kimi istifadə edir, biz də onların xalqının başına bomba yağdırırıq."

Əlavə edək ki, ötən gün baş tutmuş hücum zamanı həlak olmuş 5 nəfər mülki vətəndaşla yanaşı ən azı 19 nəfər də ağır yaralanıb.


Story Code: 61013

News Link :
https://www.islamtimes.org/az/news/61013/timsahın-göz-yaşları

Islam Times
  https://www.islamtimes.org