0
Thursday 16 February 2017 - 19:46

ABŞ Suriyaya quru qoşunu göndərməyi planlaşdırır

Story Code : 610194
ABŞ Suriyaya quru qoşunu göndərməyi planlaşdırır
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, CNN televiziyasının xəbərində, adı açıqlanmayan bir Pentaqon rəsmisinin "bir müddətlik adi quru qoşunları Suriyaya gedə bilər", - dediyi qeyd olunub.

Pentaqon rəsmisi məsələnin ABŞ prezidenti Donald Trampın səlahiyyətində olduğunu qeyd edib. Tramp keçən ay bir prezident sərəncamı ilə müdafiə naziri Cim Mattisdən 30 gün ərzində İŞİD ilə mübarizəni sürətləndirəcək bir plan hazırlamasını istəmişdi. Bu məlumatların Pentaqonun Trampa təqdim etmək üçün hazırladığı planın bir hissəsi olduğu iddia edilir.

Trampın təsdiq edəcəyi təqdirdə, ABŞ-ın İraq müharibəsindən sonra ilk dəfə bu ölkənin sərhədində əməliyyat keçirmək üçün quru qüvvələr göndərəcəyi bildirilir.
Source : Deyerler
Comment