QR CodeQR Code

Putin: "NATO Rusiyanı qarşıdurmaya çəkməyə çalışır"

Deyerler , 16 Feb 2017 20:12

islamtimes - Rusiya prezidenti Vladimir Putin NATO-nun Rusiyanı mütəmadi olaraq qarşıdurmanın içinə çəkməyə çalışdığını bildirib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Putin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbərliyi ilə keçirdiyi müşavirədə son illər qlobal təhlükəsizliyin vəziyyətinin yaxşı olmadığını və bir çox mövcud təhdidin daha ciddi vəziyyətə gəldiyini söyləyib. Rusiya prezidenti NATO-nun bu təhdidlərdən biri olduğunu vurğulayıb.

"Alyans üzvləri Rusiyanın daxili işlərinə müdaxilə etməyə davam edirlər. Rusiyanı təhdid etməyi rəsmi missiyası sayan NATO, hədələrdən biridir. NATO-nun genişlənməsinin arxasındakı məqsəd də budur. Rusiyanı davamlı olaraq qızışdırırlar və qarşıdurmanın içinə çəkməyə çalışırlar", - deyə Putin bildirib.


Story Code: 610199

News Link :
https://www.islamtimes.org/az/news/610199/putin-nato-rusiyanı-qarşıdurmaya-çəkməyə-çalışır

Islam Times
  https://www.islamtimes.org