0
Thursday 16 February 2017 - 20:12

Putin: "NATO Rusiyanı qarşıdurmaya çəkməyə çalışır"

Story Code : 610199
Putin: "NATO Rusiyanı qarşıdurmaya çəkməyə çalışır"
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Putin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbərliyi ilə keçirdiyi müşavirədə son illər qlobal təhlükəsizliyin vəziyyətinin yaxşı olmadığını və bir çox mövcud təhdidin daha ciddi vəziyyətə gəldiyini söyləyib. Rusiya prezidenti NATO-nun bu təhdidlərdən biri olduğunu vurğulayıb.

"Alyans üzvləri Rusiyanın daxili işlərinə müdaxilə etməyə davam edirlər. Rusiyanı təhdid etməyi rəsmi missiyası sayan NATO, hədələrdən biridir. NATO-nun genişlənməsinin arxasındakı məqsəd də budur. Rusiyanı davamlı olaraq qızışdırırlar və qarşıdurmanın içinə çəkməyə çalışırlar", - deyə Putin bildirib.
Source : Deyerler
Comment