0
Thursday 24 March 2011 - 09:39

Sarkozi İslama qarşı

Story Code : 61143
Sarkozi İslama qarşı
Sarkozi İslama qarşı

"IslamTimes" Türkiyənin "Haber7" saytına istinadən xəbər verir ki, Fransa prezidenti Nikola Sarkozinin Fransada İslam dinini müzakirə obyektinə çevirmə planlarından sonra bu ölkədə İslamla bağlı yeni mübahisələr yaranır. 

Parisin Seine-Saint-Denis bölgəsində 4 müsəlman qıza, geydikləri paltarın uzun olmasına görə məktəb rəhbərliyi tərəfindən xəbərdarlıq edilib.

Araşdırmaçılar Nikola Sarkozinin 2012-ci il seçkilərdən öncə Fransada İslamla bağlı mübahisəli planlar həyata keçirmək niyyətində olduğunu söyləyirlər. Bütün dünyaya demokratiya dərsi keçmək iddiasında olan Fransa prezidentinin bu addımları ölkədə ciddi narazılıqlarla qarşılanıb. Xalq ölkədə İslamofobiyanın artmasına görə narahat olduğunu söyləyir.

Comment