0
Wednesday 22 February 2017 - 15:32

Türkiyə məktəblərində fars dili tədris ediləcək

Story Code : 611946
Türkiyə məktəblərində fars dili tədris ediləcək
İslamazeri.az Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyənin Təhsil Nazirliyi məktəblərdə öyrədilən xarici dillərə yenilərini əlavə edib.

Məlumata görə, yeni tədris olunacaq xarici dillər arasında fars dilinin olması diqqət çəkib.

Bu qərar Türkiyənin rəsmi qəzetində yayımlanıb.

2923 saylı xarici dil tədrisi və təhsili ilə Türk vətəndaşlarının fərqli dil və ləhcələrinin öyrənilməsi haqqındakı qanunun 2-ci maddəsinə əsasən fars, urdu və Koreya dilləri orta məktəblərdə tədris olunacaq.
Source : İslamazeri
Comment