0
Wednesday 22 February 2017 - 15:45

Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

Story Code : 611954
Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
İran İslam Respublikası Xarici İşlər Nazirliyi Türkiyə rəsmilərinin İran əleyhinə yönəlmiş qeyri-konstruktiv sözlərinin ardınca Türkiyənin Tehrandakı səfirini nazirliyə çağırıb.

İslamazeri.az "Tasnim"ə istinadən xəbər verir ki, Türkiyənin Tehrandakı səfiri Rza Hakan Təkin dünən günortadan sonra İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur tərəfindən nazirliyə çağrılaraq, İranın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BƏƏ, Qətər və Səudiyyə Ərəbistan səfəri zamanı dilə gətirdiyi sözləri və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Münhen Təhlükəsizlik Konfransındakı sözləri ilə əlaqədar etirazları bildirilib.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi də bu gün keçirdiyi mətbuat konfransında Türkiyə xarici işlər nazirinin Münhendəki açıqlamaları haqqında, Türkiyədəki qarışıq və nizamsız vəziyyət üzündən bu ölkənin bəzi rəsmilərinin anormal hərəkət və mövqedə olduğunu və böyük ehtimalla nəticələrini düşünmədiklərini vurğulayıb.

Qasımi Türkiyə XİN-in açıqlamalarının yanlış siyasətlər üzündən bu ölkənin içinə düşdüyü problemlərdən və qəzəbindən qaynaqlandığını ifadə edib.

Qeyd edək ki, Türkiyə rəsmiləri son zamanlarda verdiyi açıqlamalarda, İranı region ölkələrin işlərinə qarışmaq və bölgədə stabilliyi pozmaqla günahlandırıb.
Source : İslamazeri
Comment