0
Wednesday 22 February 2017 - 16:01

İraqda partlayış törədən terrorçu-kamikadze Quantanamo məhbusu olub

Story Code : 611961
İraqda partlayış törədən terrorçu-kamikadze Quantanamo məhbusu olub
APA-nın “Telegraph”a istinadən verdiyi xəbərə görə, 50 yaşlı Camal əl-Harit fevralın 20-də Mosul yaxınlığında yerləşən hərbi bazanın qarşısında minalanmış avtomobili özü ilə birlikdə partladıb. Məlumata görə, Camal əl-Harit 2004-cü ildə “Quantanamo” həbsxanasından azad edilərək vətənində göndərilib. Bir müddət sonra Camal əl-Harit məhbus olduğu dövrdə çəkdiyi əzaba görə Britaniya hökumətindən 1 mln. funt sterlinq kompensasiya almağa müvəffəq olub

Əbu-Zəkəriyyə əl-Britani təxəllüsü ilə də tanınan Camal əl-Harit İŞİD terror qruplaşmasına qatılmaq üçün 2014-cü ildə Türkiyə üzərindən Suriyaya keçib. Məlumata görə, əl-Harit Britaniya hökumətindən aldığı kompensasiyanı qruplaşmaya verib.

Amerikalı hərbçilər tərəfindən 2001-ci ildə Pakistanda saxlanılmış Camal əl-Harit bir il sonra “Quantanamo” həbsxanasına köçürülüb.
Source : Deyerler
Comment