QR CodeQR Code

Türkiyə əl-Babın mərkəzini ələ keçirdi

İslamazeri , 23 Feb 2017 17:40

Islamtimes - Hərəkatın radiusu Türkiyə sərhədindən Suriyanın içlərinə doğru 35 kilometrə qədər çatıb.


İslamazeri.az türk mediasına istinadən xəbər verir ki, əl-Babın şəhər mərkəzinə qərbdən daxil olan Türkiyə Silahlı Qüvvələri cənub-şərqdəki Zəmzəm məhəlləsində Zəmzəm məscidi, idman mərkəzi, Bəəs Partiyasının binası, "Hikmə" xəstəxanası, bazar və anbarlar bölgələrini ələ keçirib.

Suriyanın əl-Bab şəhərinin İŞİD-dən təmizlənməsi üçün davam edən "Fərat Qalxanı" əməliyyatı ilə şəhərin 40 %-in nəzarət altına alındığı bildirilir. Ancaq əl-Babın tamamilə nəzarət altına alınıb normal həyata qaytarılmasının üç ay davam edəcəyi bildirilir.

TSQ 2016-cı ilin 24 avqust tarixində başlayan "Fərat Qalxanı" hərəkatında Azəz-Cərablus arasını terrorçulardan təmizlədikdən sonra, həmin ilin dekabr ayında əl-Baba yönəlmişdi.

Hərəkatın radiusu Türkiyə sərhədindən Suriyanın içlərinə doğru 35 kilometrə qədər çatıb.


Story Code: 612301

News Link :
https://www.islamtimes.org/az/news/612301/türkiyə-əl-babın-mərkəzini-ələ-keçirdi

Islam Times
  https://www.islamtimes.org