0
Thursday 24 March 2011 - 16:01

Misirdən İsrail rejiminə sərt reaksiya

Story Code : 61278
Misirdən İsrail rejiminə sərt reaksiya
Misirdən İsrail rejiminə sərt reaksiya
Sionistlər partlayışdan sonra Qəzzaya bir neçə raket zərbəsi endirib. İşğalçı İsrail rejiminin özbaşınalıqlarına ilk sərt reaksiyalardan biri Misir tərəfindən gəlib. Misirin yeni Xarici İşlər Naziri Nabil əl-Arabi İsrail rejimini sərt şəkildə xəbərdar edib, - “MigNyus” xəbər verir.
Əl-Arabi İsrail rejimindən Qüdsdə baş vermiş partlayışı Fələstin xalqına qarşı məkrli planlarını həyata keçirmək üçün istifadə etməməyi tələb edib. O, bunun Qəzzada genişmiqyaslı əməliyyatlara başlamaq üçün bəhanə olaraq istifadə edilməsinə yol verməyəcəklərini bildirib. “İsrailə bu kimi hadisələrdən yeni zorakılıqlara başlamaq üçün istifadə etməyə imkan vermək olmaz. Misir bu mənada aydın mövqedədir və biz dinc insanların qətliamına imkan verməyəcəyik”, - deyə Misir XİN rəhbəri bildirib.

Comment