QR CodeQR Code

Çin ilə İngiltərə arasında Honq Konq qalmaqalı

Islaminsesi , 25 Feb 2017 17:05

İslamtimes - Rəsmi Pekin Londona onların işinə qarışmamaq xəbərdarlığını edib.


İslaminSesi Sputnik-ə istinadən bildirir ki, Çin İngiltərənin yayımladığı 6 aylıq Honq Konq hesabatına öz etirazını bildirib. Çinin xarici işlər nazirliyinin sözcüsü Ging Şuang Honq Konqun Çinin daxili işi olduğunu vurğulayıb. Qeyd edək ki, İngiltərədə Honq Konqda insan hüquqlarının və demokratiyanın qorunmaması haqqında Britaniya parlamentinə hesabat təqdim edilib.

Xatırladaq ki, Honq Konq 1842-ci ildə İngiltərə ilə Çin arasında olan Tiryək müharibələri zamanı İngiltərənin əlinə keçmişdi. 1898-ci ildə isə 250 ada ilə birlikdə İngiltərə buranı 100 ilik kirayələmişdi. Artıq 20 ildir ki, Honq Konq Çinin əlindədir. İngiltərə isə 20 ildə Honq Konq haqqında 40 hesabat hazırlayıb.


Story Code: 612807

News Link :
https://www.islamtimes.org/az/news/612807/çin-ilə-ingiltərə-arasında-honq-konq-qalmaqalı

Islam Times
  https://www.islamtimes.org