0
Friday 25 March 2011 - 10:02

Medvedevdən Obamaya xəbərdarlıq

Story Code : 61347
Medvedevdən Obamaya xəbərdarlıq
Medvedevdən Obamaya xəbərdarlıq
Rusiya prezidenti Dmitri Medvedev və ABŞ prezident Barak Obama telefon vasitəsilə Liviyadakı hərbi əməliyyatları müzakirə edib. Telefon söhbəti zamanı Rusiya prezidenti Barak Obamanı koalisiya qüvvələrinin Liviyada apardıqları hərbi əməliyyaltar zamanı dinc insanların qətliamının yolverilməzliyi barədə xəbərdar edib, - “RİA Novosti” xəbər verir.

“Rusiya prezidenti xüsusi olaraq Liviyada dinc insanların qətlə yetirilməsinin yolverilməz olduğunu və əsas hədəfin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamə əsasında müəyyən edilməsinin zəruriliyini vurğulayıb”, - deyə Rusiya prezidentinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, dövlət başçıları eyni zamanda Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsini və digər gündəm mövzularını müzakirə ediblər.
Source : Deyerler
Comment