Koalisiya qüvvələri Liviyada əməliyyatlarını davam etdirir
25 Mar 2011 11:34
IslamTimes - BMT-nin qəbul etdiyi qərara əsasən dinc sakinlərin Qəzzafi ordusundan qorunması məqsədi ilə Liviyada başlanan hərbi əməliyyatlar davam edərək paytaxt Tripolinin şərqində bir neçə partlayış baş verib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Fransanın xarici işlər naziri Alain Juppe koalisiya hərbi hava qüvvələrinin mülki vətəndaşları müdafiə etdiyini və yalnız hərbi hissələri hədəf aldığını deyib. Amma əldə olunan məlumatlara əsasən Qərbin hava hücumları nəticəsində onlarla günahsız Liviya vətəndaşı həlak olub. Bu barədə Medvedev də Obamaya xəbərdarlıq edib.
Martın 23-də Qərbin hərbi təyyarələri hökumətə sadiq qüvvələrin Misrata şəhərinə hücumlarını müvəqqəti dayandırdıqdan sonra Müəmmar Qəzzafi ordusu hücumları bərpa edib. Misratadan bir həkimin dediyinə görə, Qəzzafi ordusu şəhər yaxınlığındakı yeganə xəstəxana da daxil edilməklə, bütün obyektləri atəşə tutmuş, binaların damından snayperlər mülki vətəndaşlara atəş açmışlar. Bütün bunlara baxmayaraq, Liviyanın xarici işlər naziri Xalid Kaim bildirib ki, Misratada heç bir hərbi əməliyyat olmayıb.
Story Code: 61353