0
Friday 25 March 2011 - 19:07

"Hicab məhbuslarına azadlıq!" aksiyası

Story Code : 61388
"Hicab məhbuslarına azadlıq!" aksiyası
"Hicab məhbuslarına azadlıq!" aksiyası
Rəhman və Rəhim Allahın adı ilə

Bu gün doğma respublikamızda hicab ətrafında yaşanan gərginlik və hicab qadağasına etiraz edənlərin həbsi bütün müsəlmanlar kimi bizi də narahat edir. 2010-cu il, 10 dekabrda məktəblərdə hicabın qadağan olunmasına qarşı Təhsil Nazirliyinin qarşısında mitinqdən sonra ölkədə vəziyyət dözülməz həddə çatıb. Təhsil naziri: “Azərbaycan Respublikasının Milli Məclisi qanun qəbul edib… Qanunun 14.10-cu maddəsində göstərilib ki, təhsil müəssisələrində geyim formaları həmin müəssisənin daxili nizamnaməsi əsasında müəyyən olunur” – deyir. Əslində isə bütün bunlar bəhanədir.
Qanun nə deyir? Konstitusiyadan: Maddə 42. Təhsil hüququ: Hər bir vətəndaşın təhsil almaq hüququ vardır; Maddə 48. Vicdan azadlığı: I. Hər kəsin vicdan azadlığı vardır. II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır… Göründüyü kimi, qanunlarda hicab qadağası üçün hətta bəhanə yeri yoxdur.
2011-ci il, 07 yanvar tarixindən həbslər başlayıb. Yanvarın 7-də İslam partiyasının qərargahından çıxarkən AİP sədri Mövsüm Səmədov, sonra isə başqa ruhani-tələbələr, fəallar həbs edilib. Hamı bilir ki, onlar sifarişlə həbs edilib. M. Səmədov dövləti cinayətdə ittiham edilir. Bu insanı tanıyanlar yaxşı bilir ki, o vətəni, xalqı yolunda canından keçən biridir.
Məqsədimiz gərgin durumu daha da gərginləşdirmək deyil. Hicab qadağası aradan qaldırılmalı və hicab qadağası məhbusları azadlığa çıxmalıdır.
Hicab qadağasını məscidlərin uçurulmasının, azana qadağa qoyulmasının davamı kimi görür və xalqımıza qarşı yönəlmiş bu siyasətə son qoyulmasını tələb edirik.
İslami dəyərlər 1400 illik köklərdən qidalanır və bu dəyərləri aradan qaldırmaq cəhdi sadəlövhlükdən başqa bir şey deyil.
Qeyd edək ki ölkədən mühacirət edənlərin bir hissəsi də dini haqların təmin edilməməsi səbəbindən gedənlərdir. Xalqı dinindən döndərməkmi olar? Bütün xalqı həbsə almaq, ya ölkədən çıxarmaqmı olar?
Bu gün respublikadan kənarda yaşayanların mühacirət üçün fərqli səbəbləri var. Bu gün Azərbaycanda mövcud olan məmur özbaşınalığı, korrupsiya, inhisarçılıq, qara bazara verilən imtiyazlar və biznes üzərində polad nəzarət çoxları üçün mühacirətin əsas səbəbidir. Ölkə xaricində bizim üçün vətəni yada salan ən mühüm amil İslam, müqəddəs dinimizdir. Eşidəndə ki, vətəndə məscid uçurulur, azana qadağa qoyulur, örtüklə pasport şəklinə icazə verilmir, məktəblərdə hicab yasaqlanır, ölkənin tanınıb seçilən din xadimləri həbsə alınır, bu bizim üçün daha dözülməz, daha ağrılı olur.
Biz bir daha hicab qadağası layihəsinin təşkilatçıları və icraçılarına üz tutaraq onları bu yoldan geri çəkilməyə çağırırıq.
Source : HaqqYolu
Comment