QR CodeQR Code

Liviyaya quru hücumu aprelin sonlarında başlaya bilər

26 Mar 2011 06:32

IslamTimes - Müttəfiqlər fəal surətdə Liviyaya quru hücumu planının üzərində işləyirlər


Bu barədə «RİA Novosti»yə Rusiya kəşfiyyatındakı yüksək rütbəli mənbə məlumat verib.

«Müxtəlif kanallardan aldığımız məlumat onu göstərir ki, NATO ölkələri Böyük Britaniya və ABŞ-ın fəal iştirakı ilə Liviya ərazisində quru əməliyyatı planının üzərində işləyirlər. Belə görünür ki, quru əməliyyatı hava bombardmanları və raket zərbələrinin Qəzzafi rejimini süqut etməyə məcbur edə bilmədiyi təqdirdə başlayacaq», deyə mənbə bildirib.

Onun sözlərinə görə, əgər Liviyadakı hadisələr məhz bu ssenari üzrə inkişaf etsə, quru əməliyyatının aprelin sonları – mayın əvvəllərində başlanması planlaşdırılır.


Story Code: 61440

News Link :
https://www.islamtimes.org/az/news/61440/liviyaya-quru-hücumu-aprelin-sonlarında-başlaya-bilər

Islam Times
  https://www.islamtimes.org