QR CodeQR Code

"Fransaya özbaşına hərəkət etməyə icazə verməmişik"

26 Mar 2011 11:20

IslamTimes - NATO Liviyadakı hərbi əməliyyatların komandanlığı Türkiyənin İzmir şəhərindəki hərbi bazadan aparılacaq. Sabah qəzeti xəbər verir


Lakin qəzetin hərbçilərə istinadən yaydığı bu xəbəri baş nazir Rəcəb Teyyub Ərdoğan məlumatı təsdiq etməyib, bununla belə əlavə edib ki, bu barədə ona heç kim müraciət etməyib.

"Bir şey deyə bilərəm ki, biz Fransaya Liviyada özbaşına əməliyyat aparmaq haqqı verməmişik. Əlbəttə daha yaxşı olardı ki, NATO ilə yanaşı Ərəb Ölkələri Liqası və Afrika İttifaqı da hərbi əməliyyatlarda iştirak edərdi", o bildirib.

Qeyd edək ki, İzmirdə NATO bazası yerləşir və bu, "İncirlik" HHQ bazasından sonra, ikinci böyük bazadır. /SalamNews/


Story Code: 61485

News Link :
https://www.islamtimes.org/az/news/61485/fransaya-özbaşına-hərəkət-etməyə-icazə-verməmişik

Islam Times
  https://www.islamtimes.org