QR CodeQR Code

Barak Obamanı Ağ Evə buraxmadılar

Milli.az , 26 Mar 2011 11:30

IslamTimes - Latın Amerikasına səfərdən bir gün tez qayıdan prezident bağlı qapı arxasında qalıb


ABŞ Prezidenti Barak Obama Latın Amerikası turnesindən sonra iş yerinə qayıtdıqda Ağ Evə girə bilməyib: qapılar bağlı olub. Amerika KİV-inin ehtimalına görə, dövlət başçısının qayıdışı barədə xidməti heyətə məlumat çatdırılmadığından, qapı açılmayıb. Belə ki, Barak Obama Latın Amerikası ölkələrinə səfərinin son dayanacağı olan Salvadordakı proqramını ixtisar edib və səfərdən bir gün tez qayıdıb.

Əsas qapı bağlı olduğundan, Barak Obama Ağ Evə girmək üçün başqa yol axtarmağa başlayıb və ikinci qapıya doğru gedib. 

Obama yaranmış vəziyyətdən üzüağ çıxmaq üçün heç nə olmamış kimi fit sədaları ilə yolunu davam edib.


Story Code: 61488

News Link :
https://www.islamtimes.org/az/news/61488/barak-obamanı-ağ-evə-buraxmadılar

Islam Times
  https://www.islamtimes.org