QR CodeQR Code

Mosulda İŞİD-in radio mərkəzi ələ keçirildi

Deyerler , 5 Mar 2017 00:02

İslamtimes - İraqın xəbər mənbələri İŞİD terror təşkilatının Əl-Bəyan adlı radio mərkəzinin ordunun nəzarətinə keçirdiyini bildirib.


Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Mosulun şərq ətrafında Əl-Cusak bölgəsini terrorçulardan azad edən ordu birlikləri İŞİD terror təşkilatının radio yayımları üçün istifadə etdikləri bir mərkəzi binanı və anteni müəyyən edərək ələ keçiriblər.

Verilən xəbərə əsasən, terrorçular İraq qüvvələrinin bölgəni ələ keçirməsindən əvvəl radio mərkəzini içindəki bütün sənədlər və cihazlarla birlikdə yandırıblar.

İŞİD terror təşkilatının radiosu 5 dildə yayım fəaliyyəti göstərirdi və təşkilatın nəzarətindəki terrorçulara lazım olan direktivləri bu radio vasitəsi ilə ötürürdü.


Story Code: 615101

News Link :
https://www.islamtimes.org/az/news/615101/mosulda-işid-in-radio-mərkəzi-ələ-keçirildi

Islam Times
  https://www.islamtimes.org